İnsan şeytanı nə zaman ağladır?


Digərləri 28 Avq 2018 22:20:00 251 0

İnsan şeytanı nə zaman ağladır?

Tarixə nəzər salsaq, görərik ki, Adəm övladının yerinə yetirdiyi bəzi əməllər həmişə şeytanı narahat etmiş, hətta ağlatmışdır da.

1. O zaman ki, Həzrət Adəm (ə) tövbə edir və Allah da tövbəsini qəbul edir, məlun şeytan ürəkdən elə bir nalə çəkir ki, yerlə göyün mələklərinin diqqətini çəkir və hamısı onu lənətləyir.

2. O gün ki, Həzrət Yusif (ə) Züleyxanın əlindən qaçır, şeytan ürəkdən nalə çəkir və mələklər səsini eşidib onu lənətləyirlər.

3. Son.az deyerler.org-a istinadən bildirir ki, Qədir-Xumda Həzrət Peyğəmbər (s) Həzrət Əlini (ə) xəlifə elan edən zaman şeytan nalə çəkir və deyir: "İndi mən nə edim?! Çarəm yoxdur!". Övladlarını toplayıb deyir: "Bacardığınız qədər insanları şəkkə salın və Əli (ə) məhəbbətini ürəklərində elə artırın ki, onu tanrı hesab etsinlər ki, onun yolundan ayrılıb cəhənnəmlik olsunlar".

4. Aşura günü min bir oyun çıxarır və İmamı (ə) şəhid edəndən sonra bütün şeytanlar (lən) şadlıq edirlər. Şeytan deyir: "Alahın xəlqini yolundan azdırdım və məqsədimə çatdım".

O zaman ki, şeytan İmam Hüseyn (ə) ziyarətinin savab və məqamından agah olur, etdiklərindən peşman olur. Nalə çəkir və bütün mələklər onu lənətləyir. İnsanlar daha çox behiştə daxil olmağa başlayırlar.

5. O zaman ki, Həzrət Peyğəmbər (s) peyğəmbərliyə çatır, insanları nadanlıq və cəhalətdən xilas edir, şeytan nalə çəkib ağlayır.