Nyu Yorkda şöhrət qazanan azərbaycanlı uğurunun sirlərini bölüşür


Şou-biznes 28 Avq 2018 22:22:00 180 0

Nyu Yorkda şöhrət qazanan azərbaycanlı uğurunun sirlərini bölüşür

Daha çox Iblonde kimi tanınan Azərbaycanın ilk moda bloggeri Günel İsmayıllının həyatı bir çox dünya brendləri ilə əməkdaşlıq etdiyi Nyu Yorka gedəndən sonra tamamilə dəyişib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, o, özünün ABŞ-dakı uğurları ilə bağlı danışıb.

- Günel, siz necə moda bloggeri oldunuz?

- Mən bu barədə tarixçəni artıq dəfələrlə danışmışam. Hər şey çox sadə və asan olub. Bir dəfə mənə dedilər ki, sən hara, bloggerlik hara? Mənsə cavab verdim ki, olacam və oldum da. Məncə bu, mənim üçün ən yaxşı təkan oldu. Odur ki, bloqçuluq həyatımı çox güclü şəkildə dəyişdi. Elə ən maraqlı şeylərin hamısı da məhz bundan başladı.

- Siz bloqçuluğa ən başda ciddi və peşəkar fəaliyyət növü kimi baxırdız?

- Mən perfeksionistəm (həm özünə, həm də ətrafdakılara həddən artıq tələbkar yanaşan, məsuliyyət anlayışını qeyri-adekvat dərəcədə şişirdən adam-red.), ona görə də nəyisə yarımçıq edə bilmirəm. Bloggerliklə məşğul olmağa başalayana qədər mənim şəklimi sosial şəbəkələrdən tapmaq mümkün deyildi. Çünki mən dəhşətli dərəcədə kameralardan qorxurdum və şəkil çəkdirməyi ümumiyyətlə sevmirdim. Düşünürəm ki, əvvəllər mən bunu kimə və nəyəsə görə edirdim. Amma insanların reaksiyasını, izləyicilərin sayını görəndən sonra başa düşdüm ki, bu elə mənlikdir. Əlbəttə bu, çox əla idi, çünki mən insanlar üçün maraqlı idim.

- Fashion-blogger bir neçə il əvvəl Azərbaycanın fashion-sənayesi üçün yeni anlayış idi. Azərbaycanın ilk moda bloggeri olmaq necədir?

- Əvvəlcə çox çətin idi, xüsusilə də söhbət əməkdaşlığa gələndə. İnsanlara kim olduğunu, bloggerliyin nə olduğunu izah etmək lazım gəlirdi. Mən ilk adam idim ki, bu işi pula çevirdim və bundan gəlir əldə etməyə başladım. Düşünürəm ki, bu işdə mənə biznes və marketinq sahəsində aldığım təhsil də kömək etdi. Şadam ki, nə vaxtsa təslim olmadım.

- Hazırda Azərbaycanda bu sahənin inkişafını və həmkarlarınızı necə qiymətləndirirsiz?

- Düzünü desəm, mən Azərbaycanda nə baş verdiyini ümumiyyətlə izləmirəm. Buna sadəcə vaxtım yoxdur. Həmkarlarım arasındakı mənasız rəqabətin hər zaman fərqinə vardığımı da deyə bilmərəm. Hər bir bloggerin öz kontenti, yanaşması və təqdimat üsulu var. Heç kəs heç kəsin rəqibi deyil. Biz onsuz da hamımız fərqliyik. Nyu Yorkda hər şey tamam başqadır. Biz bir-birimizə kontenti müəyyənləşdirməkdə kömək edirik, şirkətlərin əlaqə vasitələrini bölüşürük, məsləhətlər veririk.

- Hər kəs moda bloggeri ola bilər?

- Düşünürəm ki, əgər sənin zövqün varsa, maraqlı və fəal həyat tərzi keçirirsənsə, sən maraqlı olacaqsan və insanlar səni tapmağa çalışacaqlar. Bloggerlik öz təcrübəni başqaları ilə bölüşmək qabiliyyətidir.

- Moda bloggerinin hansı keyfiyyətləri olmalıdır?

- Kreativliyi, sosiallığı və düşüncələrini insanlara çatdırmaq qabiliyyəti. Əlbəttə ki, kontent vacibdir və müəyyən zövqlərə malik olmalısan.