Azərbaycanın sığorta bazarı 40 faizdən çox artıb


Digərləri 28 Avq 2018 21:37:00 188 0

Azərbaycanın sığorta bazarı 40 faizdən çox artıb

2018-ci ilin yanvar-iyul ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 459.9 mln. manat məbləğində sığorta haqları toplanıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42,4 faiz çoxdur.

Son.az Trend-ə istinadən bildirir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, ötən illin göstəricilərindən 1,3 faiz çox - 145.9 mln. manat məbləğində isə sığorta ödənişi həyata keçirilib.

Könüllü sığorta bazarı üzrə haqlar 334.5 mln. manat, ödənişlər isə 107.5 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 125.4 mln. manat, ödənişlər isə 38.4 mln. manat olub.