Ürəyi və qaraciyəri xəstəliklərdən qoruyan faydalı tərəvəz


Digərləri 28 Avq 2018 21:25:00 261 0

Ürəyi və qaraciyəri xəstəliklərdən qoruyan faydalı tərəvəz

Patisson xiyar, qabaq və balqabağın yaxın "qohumu"dur.

Patisson bir çox vacib vitamin və minerallar, qidalı liflər, pektinlər, mono- və disaxaridlər və s. faydalı maddlərlə zəngindir. Təəssüf ki, bu faydalı və asan mənimsənilən tərəvəz bizdə çox da populyar deyil.

Son.az saglamolun.az-a istinadən patissonun faydalı və müalicəvi xüsusiyyətlərini təqdim edir.

- Kalium və maqneziumla zəngin olan patisson ürək əzələsini möhkəmləndirir, ürəyə düşən gərginliyi azaldır, ürək döyünməsini  tənzimləməyə kömək edir.

- Patisson yüksək arterial təzyiqi tənzimləməyə kömək edir.

- Qəbzilik zamanı qidalı liflər və pektinlə zəngin olan patisson bağırsaqların dah asan boşalmasına kömək edir.

- Patisson qaraciyər üçün çox faydalıdır - bu orqanın piylənməsinin riskini azaldır, qaraciyərin hüceyrələrini spirtli içkilərin və digər zəhərli maddələrin təsirindən qoruyur.