Lerikdə zəlzələnin ziyan vurduğu kəndlərin adı açıqlandı
Digərləri 28 Avq 2018 20:30:00 200 0
Lerik rayonunda baş vermiş zəlzələ nəticəsində 15-ə yaxın köhnə tikilidə çatlar yaranıb.
Son.az bildirir ki, bu barədə Trend-ə Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov məlumat verib.
H.Məlikovun sözlərinə görə, ziyan dəyən tikililər rayonun Bursulum, Tikəband, Züvüc kəndlərində yerləşir:
"10-15 tikilidə çatlar artıb. Amma ciddi dağıntı, uçqun yoxdur".
Xatırladaq ki, bu gün saat 16:57:14-də Lerik rayonu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 baldan çox, yaxın yaşayış məntəqələrində isə 4-3 bala qədər hiss olunub.
Son.az
Mənbə: milli.az