Tarkan 45 illik həyatından film çəkir


Digərləri 28 Avq 2018 20:12:00 267 0

Tarkan 45 illik həyatından film çəkir

Türkiyənin məşhur ulduzu Tarkan həyatı haqqında film çəkir.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, film meqastarın yaşadığı ölüm təhlükələri, problemlər, şöhrət zirvəsinə qalxdığı yoldan bəhs edəcək.

Tarkanın anası Nəşə Təvətoğlu əri Əli Təvətoğlu ilə evləndikdən sonra çətin günlər keçirib. Qadın Tarkana hamilə qaldığını öyrənəndə uşağı tələf etmək istəyib. Amma yuxusunda oğlunun ailəsi və ölkəsi üçün çox xeyirli bir övlad olacağını görüb və bundan vaz keçib.

Tarkanın adı da anasının yuxusuna görə verilib. Uşaq yaşlarında o, böyük qardaşı ilə at arabasının ardınca qaçaraq dəhşətli qəzaya düşüb. Həkimlər "bu uşaq yaşamayacaq" desələr də, Tarkan sağ qalıb. Meqastar böyüdüyü Almaniyada da irqçilərin hücumuna məruz qalıb. 15 yaşı olanda atasının xəstəliyinə görə Türkiyəyə köçüblər.