“Nar” 4G istifadəçilərinin sayı 24% artıb


Digərləri 28 Avq 2018 19:57:00 207 0

“Nar” 4G istifadəçilərinin sayı 24% artıb

2018-ci ilin ikinci rübünün göstəricilərinə əsasən, 1 il ərzində "Nar" 4G internetindən istifadə edən abunəçilərin sayı 24% artıb. Hazırda 250 mindən çox abunəçi "Nar"-ın yüksəkkeyfiyyətli 4G xidmətindən istifadə edir.

Son.az bildirir ki, "Nar" 4G interneti paytaxtla yanaşı ölkənin böyük şəhərlərini də əhatə edir. Bölgələrə xüsusi diqqətilə seçilən mobil operator, 4G xidmətini təkcə Bakı və Abşeron ərazisində deyil, bölgələrdə, şəhər və rayon mərkəzlərində də təqdim edir.

2018-ci ildən başlayaraq ölkənin 30-dan çox şəhər və rayon mərkəzlərində 4G baza stansiyaları istifadəyə verib və nəticədə "Nar" abunəçilərinin böyük bir qismi yüksəksürətli internetə çıxış əldə edib. 4G keyfiyyəti ilə yanaşı "Nar"-ın təklif etdiyi sərfəli qiymətlər abunəçilərin mobil internetdən daha çox istifadəsinə şərait yaradır.

Son bir il ərzində "Nar" abunəçiləri 3.3 mln GB həcmində data trafik istifadə edib. Öncəki illə müqayisədə bu rəqəm 36% çoxdur. Ümumi data trafik istifadəsinin 1.3 mln GB-lıq hissəsi 4G xidmətinin payına düşür. 2018-ci ilin ilk iki rübü ərzində aparılan işlərin nəticəsi olaraq, illik 4G internetinin trafik həcmi öncəki illə nisbətdə 3 dəfədən çox olmuşdur.