Brejnevin vaxtından bəri ən irimiqyaslı hərbi manevr FOTO


Dünya 28 Avq 2018 19:40:00 206 0

Brejnevin vaxtından bəri ən irimiqyaslı hərbi manevr  FOTO

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Leonid Brejnevin vaxtından bu yana ən irimiqyaslı hərbi təlimlərin keçiriləcəyini elan edib.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, müdafiə naziri təlimlərə 300 min nəfərə yaxın canlı qüvvə və 36 min vahiddən çox yerüstü hərbi texnikanın cəlb olunacağını bildirib.

"Bu təlimlər haradasa "Qərb-81"i (1981-ci ildə SSRİ-nin keçirdiyi və soyuq müharibə dövrünün ən irimiqyaslı təlimləri-red.) xatırladır, amma ola bilsin nələrə görəsə daha irimiqyaslı olacaq"-Şoyqu bildirib.

Rusiya müdafiə nazirinin sözlərinə görə, "Şərq-2018" adlı təlimlər sentyabrın 11-dən 15-nə qədər Mərkəz və Şərq hərbi dairələrinin bütün poliqonlarında keçiriləcək. Orada Sakit okean və Şimal donanması,  o cümlədən Hava Desant Qüvvələri tam tərkibdə iştirak edəcək.