Tramp "Google"u tənqid etdi:


Dünya 28 Avq 2018 19:47:00 224 0

Tramp "Google"u tənqid etdi:

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, "Google" onun barəsində axtarış aparılan zaman ilk növbədə "yalançı KİV-lərin pis süjetləri"ni verməklə nəticələri "qarışdırır".

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə D.Tramp "Twitter" səhifəsində yazıb.

Dövlət başçısı qeyd edib: "Başqa sözlə, onlar nəticələri həm mənim, həm də digərləri üçün qarışdırırlar. Yalançı CNN-ə yer verilir, qərəzsiz KİV-lər isə buraxılmır. Bu, qanunidirmi?"