İtaliyada dağılan körpü bərpa olunacaq


Dünya 28 Avq 2018 19:14:00 233 0

İtaliyada dağılan körpü bərpa olunacaq

İtaliyanın Genuya şəhərində dağılaraq 43 nəfərin ölümünə səbəb olan avtomobil körpüsü yenidən qurulacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, İtaliyada pullu yolları idarə edən və sazlığına cavabdeh olan "Autostrade per l'Italia" şirkəti avqustun 14-də Genuya şəhərində dağılan körpünün bərpası üçün pul ayıracaq. Körpünün bərpası isə başqa şirkətə həvalə olunub.