Şəhriyar şəxsi istəyi ilə qatıldığı yarışlara özü sponsor tapmalıdır


Digərləri 28 Avq 2018 18:48:00 271 0

Şəhriyar şəxsi istəyi ilə qatıldığı yarışlara özü sponsor tapmalıdır

Şəhriyar Məmmədyarov Azərbaycan şahmat məktəbini dünyada tanıdan, uğurları ilə dəfələrlə üçrəngli bayrağımızı səmalara ucaldan, ölkəmizə şərəf gətirən idmançıdır.

Şəhriyar Məmmədyarovun bu zirvəyə qalxması, təbii ki, dövlətimizin yaxından rolu və dəstəyi ilə baş tutub.

Bütün çempionatlarda Şəhriyar Məmmədovun maliyyə təminatını dövlətimiz həyata keçirir, ümumiyyətlə,  hər bir idmançımızın beynəlxalq yarışlarda iştirakını dövlətimiz təmin edir, bundan sonra da təmin edəcək.

Son.az bildirir ki, bunu oxu.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.

Millət vəkili bildirib ki, Ş. Məmmədyarovun özü də bunları etiraf edir.