Çavuşoğlu: ABŞ anlamalıdır ki, təhdid yolu ilə nəticə əldə etmək mümkün deyil


Dünya 28 Avq 2018 18:32:00 337 0

Çavuşoğlu: ABŞ anlamalıdır ki, təhdid yolu ilə nəticə əldə etmək mümkün deyil

Türkiyə və Rusiya arasında münasibətlər Ankara-Vaşinqton əlaqələrinə alternativ deyil.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

Nazir qeyd edib ki, hazırda ABŞ və Türkiyə arasında real problemlərin olduğu sirr deyil:

"Ankara əvvəllər də olduğu kimi, münasibətlərin yaxşılaşmasına çalışır və əminik ki, bütün problemləri dialoq yolu ilə həll etmək olar".