Quba və Xaçmaz sakinlərindən narkotik götürülüb


Digərləri 28 Avq 2018 18:35:22 211 0

Quba və Xaçmaz sakinlərindən narkotik götürülüb

Faktlarla bağlı araşdırmalar aparılır.

Bakı. Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Quba şəhər sakini, əvvəllər məhkum olunmuş Rauf Məlikov saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, hal şahidlərinin iştirakı ilə Rauf Məlikovun üzərinə baxış keçirilən zaman onun əlindəki sellofan torbada ümumi çəkisi 200 qrama yaxın olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.