İcra Hakimiyyəti: "Lerikdə zəlzələnin fəsadları barədə araşdırmalara başlanıb"


Digərləri 28 Avq 2018 18:20:00 285 0

İcra Hakimiyyəti: "Lerikdə zəlzələnin fəsadları barədə araşdırmalara başlanıb"

Lerik rayonunda baş vermiş zəlzələ nəticəsində rayon ərazisindəki tikililərə ciddi ziyan dəyməsi barədə hələlik dəqiq məlumat yoxdur.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov məlumat verib.

Onun sözlərinə görə, hazırda rayon Fövqəladə hallar komissiyası yerlərdə araşdırma aparır:

"Kəndlərdəki tikililərdə çatların yaranması barədə məlumatlar daxil olub. Amma komissiya hələ bu barədə dəqiq məlumat verməyib. Bəzi köhnə tikililərə ciddi ziyan dəydiyi bildirilir. Araşdırmalar davam etdirilir".