8 nəfərə qarşı dələduzluqda təqsirləndirilən qadının


Digərləri 28 Avq 2018 17:24:00 246 0

8 nəfərə qarşı dələduzluqda təqsirləndirilən qadının

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Günel Şıxıyevanın məhkəməsi keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən zərərçəkmiş Mehriban Tağıyeva bildirib ki, G.Şıxıyeva onu bir neçə dəfə çox ucuz qiymətə Taylanda istirahətə göndərib: "Günel turizm şirkətləri ilə əməkdaşlıq edirdi. Bileti alıb, sonra ödəyəcəyini deyirmiş. Biz dəfələrlə onun vasitəsilə səfərə getmişik. Bilet verirdi, biz də inanırdıq. Qızım dostları ilə Antalyaya getmişdi. Otelə çatanda məlum olub ki, ödəniş edilməyib. Qızım çətin vəziyyətdə qalmasın deyə yoldaşım maşınını yarı qiymətə satıb təcili pulu ödədi. Sonra da mənim vasitəmlə tanıdığım qohumumu aldatdı. O pulu da mən tapıb ödədim ki, narazılıq olmasın".

M.Tağıyeva daha sonra G.Şıxıyeva ilə birlikdə şirkət açdıqlarını, amma orada da aldadıldığını deyib. Zərərçəkmişlər bildirib ki, G.Şıxıyeva həbs edilmədiyi üçün dələduzluq əməllərini davam etdirir. Avqustun 17-də o daha 6 nəfəri hava limanında aldadıb.