Al Bano Bakıda çıxış edəcək


Digərləri 28 Avq 2018 17:22:00 203 0

Al Bano Bakıda çıxış edəcək

Məşhur italyan müğənni Al Bano Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının açılış mərasiminə qatılacaq.

Bakı. Məşhur italyan müğənni Al Bano Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının açılış mərasiminə qatılacaq. Trend-in məlumatına görə, 75 yaşlı sənətçi Azərbaycana Beynəlxalq Cüdo Federasiyasının (IJF) dəvəti ilə gələcək. O, sentyabrın 20-də Milli Gimnastika Arenasında keçiriləcək açılış mərasimində konsert proqramı ilə çıxış edəcək. Daha çox “Felicita” mahnısının ifaçısı kimi tanınan Al Bano ötən il Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatının açılış mərasimində IJF-nin himnini oxuyub və yarım saatlıq konsert proqram ilə çıxış edib. Qeyd edək ki, bu günə qədər Al Bano dünyada 165 milyon albom satıb.