Əməkdar artist boşanma xəbərlərindən danışdı


Digərləri 28 Avq 2018 16:56:00 190 0

Əməkdar artist boşanma xəbərlərindən danışdı

Rusiyanın əməkdar artisti Leonid Aqutin 20 illik arvadı Anjelika Varumdan boşanması ilə bağlı iddialara cavab verib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, müğənni bildirib ki, belə bir hal yoxdur.

"Bu nə söhbətlərdir? Anjelika şeir sözləri paylaşıb: "Ухожу навсегда". Mətni sona kimi oxumayıb bəziləri pis oldu, bəziləri isə sevindi. Baltalamağa səbəb tapıldı... Sarı səhifələrinə diqqət çəkmək üçün bütün olub-olmayan toz basmış mövzuları qabartdılar. Ətrafımızdakı yaxınlarımız da narahat olublar. Hazırda istirahətdəyik və bütün günü evimizdə keçiririk. İkimiz təkbaşınayıq, daha doğrusu pişiyimizlə birlikdə. Heç bir xəbər əhvalımızı korlamayacaq" deyə, Aqytin sözlərinə əlavə edib.