Çimərlik futbolu yığmamız Avropa Super Finalına vəsiqə qazandı


İdman 28 Avq 2018 16:51:00 324 0

Çimərlik futbolu yığmamız Avropa Super Finalına vəsiqə qazandı

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa Super Finalına vəsiqə qazanıb.

Goal.az xəbər verir ki, 8 komandanın iştirakı edəcəyi mərhələnin oyunları sentyabrın 6-da start götürəcək. 

Qrupların tərkibi aşağıdakı kimidir:

A qrupu: İspaniya, Portuqaliya, İsveçrə, Azərbaycan

B qrupu: Rusiya, Belarus, Ukrayna, İtaliya

Qeyd edək ki, oyunlar sentyabrın 9-dək İtaliyanın Sardiniya adasındakı Alqero şəhərində təşkil olunacaq.