Rezidenturaya əlavə ixtisas seçimi elan edilib


Digərləri 28 Avq 2018 16:36:00 296 0

Rezidenturaya əlavə ixtisas seçimi elan edilib

Rezidenturaya yenidən ixtisas seçimi elan edilib.

Dövlət İmtahan Mərkəzindən Son.az-a verilən məlumata görə, iyulun 10-16-da rezidenturaya qəbul olmaq istəyən namizədlər tərəfindən aparılan ixtisas seçimi başa çatdıqdan sonra Səhiyyə Nazirliyi tərəfindən rezidenturaya qəbul üzrə plan yerlərinin artırılması ilə əlaqədar  Nazirlər Kabinetinə müraciət edilib.

Nazirlər Kabineti Səhiyyə Nazirliyinin təkliflərini nəzərə alaraq, Azərbaycan Tibb Universitetinin və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun qəbul planlarına, ümumulikdə, 39 təhsili dövlət sifarişli və Nazirlər Kabinetinin 27 avqust tarixli 596s nömrəli sərəncamı ilə 100 təhsili ödənişli əsaslarla olan plan yerlərinin əlavə edilməsi haqqında qərar verib.

Bildirilib ki, bununla əlaqədar bu elanın 1.1 bəndində göstərilən müsabiqə şərtlərini ödəyən namizədlər avqustun 29-dan sentyabrın 3-dək aparılacaq ixtisas seçimində iştirak edə bilərlər. İyulun 10-16-da aparılan ixtisas seçimində iştirak edərək ərizələrini təsdiq edən namizədlərin ərizələri öz hüquqi qüvvəsini saxlayır və həmin namizədlərdən ərizələrini yenidən təsdiq etmək tələb olunmur. Lakin plan yerlərinin sayının artırıldığını nəzərə alaraq, ərizəsində dəyişiklik etmək istəyən namizədlər sistemə daxil olaraq "Ərizənin təsdiqini ləğv et" düyməsini basmaqla istədikləri dəyişiklikləri edib ərizələrini yenidən təsdiq edə bilərlər.

Namizədlər avqustun 29-dan sentyabrın 3-dək müsabiqədə iştirak etmək üçün eservices.dim.gov.az/erizerez/ixtisas1 internet səhifəsinə daxil olaraq ixtisas seçimi edirlər.

İxtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilmiş müsabiqə şərtlərini ödəyən - baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında topladığı balı 40-dan, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında isə 50-dən, ümumi balı 90-dan az olmayan namizədlər buraxılırlar (bax: "Rezidentura" jurnalı, № 2, səh.2 ).

Müsabiqəyə buraxılan namizəd bitirdiyi baza ali tibb təhsili istiqamətinə (bax: "Rezidentura" jurnalı, № 3, "Rezidentura üzrə ixtisas seçimi cədvəli", səh. 4) uyğun olan ixtisasları seçir, sonra onların kodlarını (bax: bu elana əlavə edilən "2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul aparılan ixtisaslar") öz elektron ərizəsindəki ixtisas seçimi formasına (bax: "Rezidentura" jurnalı, № 3, səh. 4) istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir.

Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi götürülür və namizəd qəbul imtahanında topladığı balların cəminə (ümumi bala) əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox namizədi fərqləndirmək üçün aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır:

- baza ali tibb təhsili üzrə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG);