Müəllimlərin yay məzuniyyəti başa çatdı


Digərləri 28 Avq 2018 15:06:00 227 0

Müəllimlərin yay məzuniyyəti başa çatdı

Azərbaycanda orta məktəb müəllimləri üçün yay məzuniyyəti başa çatıb.

Son.az modern.az-a istinadən xəbər verir ki, onlar sabahdan - 29 avqust 2018-ci il tarixindən işə çıxmağa başlayacaqlar. 

Yeni tədris ilinin yaxınlaşması ilə əlaqədər məktəblərdə dərs bölgüsü də aparılacaq.

Qeyd edək ki, Əmək Məcəlləsinin 118-ci maddəsinə əsasən, bütün ixtisas müəllimlərinə 56 təqvim günü müddətinə əmək məzuniyyəti verilir. Mövcud qanunvericiliyə əsasən, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə əmək məzuniyyətləri bir qayda olaraq yay tətili dövründə verilir.

Təhsil naziri Ceyhun Bayramov bir müddət öncə "Ümumtəhsil məktəblərinin 2018-2019-cu dərs ilinə aid tədris planlarının təsdiqi haqqında" əmr imzalayıb.