Qoşunların təmas xəttində monitorinq keçirilib


Digərləri 28 Avq 2018 15:01:00 207 0

Qoşunların təmas xəttində monitorinq keçirilib

Monitorinq insidentsiz başa çatıb.

Bakı. Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Göygöl rayonu istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.