Dövlət Komitəsi: "Ailələrin problemi odur ki, problemin yaranmaması üçün əvvəlcədən heç nə etmirlər"


Digərləri 28 Avq 2018 13:25:00 300 0

Dövlət Komitəsi: "Ailələrin problemi odur ki, problemin yaranmaması üçün əvvəlcədən heç nə etmirlər"

Ailələrin problemi odur ki, nəticələrlə mübarizə aparırlar, lakin problemin yaranmaması üçün əvvəlcədən heç nə etmirlər və sonda da məhkəmələrə üz tuturlar.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Mənəvi dəyərlərin təbliği mərkəzi: Azərbaycan ailəsi" mövzusunda konfransda deyib.

O qeyd edib ki, ailə münasibətləri hüquqla tənzimlənməlidir. Ailə qanunvericiliyinin əsas məqsədi ailənin möhkəmliyinin təmin edilməsidir: