Rusiyada son 37 il ərzində ən irimiqyaslı hərbi təlimlər keçiriləcək


Dünya 28 Avq 2018 12:51:31 301 0

Rusiyada son 37 il ərzində ən irimiqyaslı hərbi təlimlər keçiriləcək

Manevrlərə, təxminən, 300 min hərbçinin və mindən artıq uçan vasitənin cəlb edilməsi planlaşdırılır

Sentyabr ayında Rusiyada keçiriləcək "Vostok-2018" təlimlərinə, təxminən, 300 min hərbçinin və mindən artıq uçan vasitənin cəlb edilməsi planlaşdırılır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə görüşündə Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib.

Onun sözlərinə görə, belə irimiqyaslı manevrlər 1981-ci ildən bəri ölkədə keçirilməyib.

Nazir vurğulayıb ki, manevrlərdə həmçinin 36 min ədəd hərbi texnika - tanklar, zirehli nəqliyyat-döyüş maşını, piyadaların döyüş maşını - döyüş şəraitinə maksimuma yaxın şərtlərdə iştirak edəcək.

"Vostok-2018" təlimləri sentyabrın 11-15-də keçiriləcək və Silahlı Qüvvələrin hazırlığının ən böyük tədbiri olacaq. Manevrlər beynəlxalq status alıb. Onun bir mərhələsində Monqolustan və Çin birləşmələri də iştirak edəcək.