Bakıda reyd keçirildi FOTO


Digərləri 28 Avq 2018 12:55:00 239 0

Bakıda reyd keçirildi  FOTO

Bakı şəhərində yol hərəkəti təhlükəsizliyini daha da səmərəli təşkil etmək, qəzaların qarşısını almaq və gecə saatlarında kobud qayda pozuntuları törədən sürücülərə qarşı mübarizəni gücləndirmək məqsədi ilə yol polisi tərəfindən tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, reyd zamanı Binəqədi rayonu ərazisində yol hərəkəti qaydasını pozduğuna görə "Mercedes" markalı avtomobilin sürücüsünə saxlama işarəsi verilib. Sürücü polisin əmrinə tabe olmayaraq hərəkətini davam etdirib. Daha sonra yol polisləri tərəfindən Rəsulzadə qəsəbəsi ərazisində saxlanılan sürücü bu dəfə sənədlərini təqdim etməkdən boyun qaçırıb.

Yol polisinin apardığı profilaktik tədbir zamanı avtomobili sərxoş vəziyyətdə idarə edən sürücülər da aşkar edilib. Nəsimi rayonu ərazisində saxlanılan "Dodge" markalı avtomobilin sürücüsü Səhhət Məmmədovun ilkin müayinə zamanı nəqliyyat vasitəsini içkili halda idarə etdiyi məlum olub. Sürücü alkoqol müayinəsindən keçirilməsi üçün tibb məntəqəsinə dəvət edilsə də, o, bundan imtina edib. Daha sonra tibbi müayinədən keçməyə razı olan sürücünün sərxoşluq dərəcəsi təyin olunub və bu barədə protokol tərtib edilib.


Xəbərə aid fotolar