Dövlət Komitəsi: Ailələrin problemi odur ki, problemin yaranmaması üçün əvvəlcədən heç nə etmirlər


Digərləri 28 Avq 2018 11:54:41 232 0

Dövlət Komitəsi: Ailələrin problemi odur ki, problemin yaranmaması üçün əvvəlcədən heç nə etmirlər

Ailələrin problemi odur ki, nəticələrlə mübarizə aparırlar, lakin problemin yaranmaması üçün əvvəlcədən heç nə etmirlər.

Bakı. Elçin Mehdiyev – Ailələrin problemi odur ki, nəticələrlə mübarizə aparırlar, lakin problemin yaranmaması üçün əvvəlcədən heç nə etmirlər və sonda da məhkəmələrə üz tuturlar. Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Mənəvi dəyərlərin təbıiği mərkəzi: Azərbaycan ailəsi" mövzusunda konfransda deyib.