"Bütün taksitlər Milana aparır" lotereyasının üçüncü tirajı keçirildi


Digərləri 28 Avq 2018 10:11:00 281 0

"Bütün taksitlər Milana aparır" lotereyasının üçüncü tirajı keçirildi

Xəbər verdiyimiz kimi, Kapital Bank, BirKart müştəriləri üçün stimullaşdırıcı lotereya keçirir. 15 may - 15 sentyabr 2018-ci il tarixləri arasında partnyor mağazalar şəbəkəsində BirKart ilə taksit əməliyyatı edən müştərilər lotereyada iştirak edib, qiymətli hədiyyələr qazana bilərlər. 

24 avqust tarixində lotereyanın 3-cü tirajı keçirildi və 100 müştəri 50 manat pul, 10 müştəri 300 manatlıq ölkədaxili səyahət sertifikatı və 1 nəfər iPhone X qazandı. Qaliblərin siyahısı saytda qeyd olunub - www.kapitalbank.az/news/milan-475 .

Şərtlərə görə, hər taksit əməliyyatı bir şansa bərabərdir. 24 sentyabrda - son tiraj zamanı daha 100 nəfər 50 manat pul, 10 nəfər 300 manatlıq ölkə daxili səyahət sertifikatı və 1 nəfər iPhone X əldə edəcək. 1 nəfər isə əsas hədiyyəni Milana 2 nəfərlik səyahət və 2 000 manat qazanacaq.