Xalq artisti Nahidənin müdafiəsinə qalxdı: “O paltarda qeyriadi heç nə yox idi” FOTO VİDEO


Şou-biznes 28 Avq 2018 09:57:00 432 0

Xalq artisti Nahidənin müdafiəsinə qalxdı: “O paltarda qeyriadi heç nə yox idi”  FOTO  VİDEO

Əməkdar artist Nahidə Orucova onun geyimini qınayanlara ötən gün saytımızda öd püskürmüşdü. Bu dəfə isə aktrisanın müdafiəsinə xalq artisti Nisə Qasımova qalxıb.

Aktrisanın Son.az-a təqdim etdiyi videoda Nisə Qasımova ilə birlikdə görüntüsü təsvir olunub.

Belə ki, Stilist Samiraldo aktrisaya "Nahidə xanım, o gün nə paltar idi geyinmişdiniz elə?" sualını ünvanlayır. Xalq artisti Nisə Qasımova aktrisanı qabaqlayır və sualın cavabını özü verir: "Orda nə var idi ki, bəyəm? Nahidə xanım şəkili mənimlə çəkdirib və orda qeyri-adi heç nə yox idi".


Xəbərə aid fotolar