Ötən gün cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanıldı


Digərləri 28 Avq 2018 09:05:00 238 0

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanıldı

Avqustun 28-də Azərbaycanın daxili işlər orqanları tərəfindən gün ərzində 105 cinayət faktı qeydə alınıb, onların da 14-ü "isti izlər"lə açılıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 7 nəfər xəsarət alıb.