Ötən gün cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb


Digərləri 28 Avq 2018 09:01:01 244 0

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb

Avqustun 28-də Azərbaycanın daxili işlər orqanları tərəfindən gün ərzində 105 cinayət faktı qeydə alınıb, onların da 14-ü “isti izlər”lə açılıb

Bakı. Samir Əli - Avqustun 28-də Azərbaycanın daxili işlər orqanları tərəfindən gün ərzində 105 cinayət faktı qeydə alınıb, onların da 14-ü “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.