Kofe xərçəng riskini azaldır


Digərləri 28 Avq 2018 08:55:00 269 0

Kofe xərçəng riskini azaldır

Gündə 5 fincan kofedən istifadə etmək 50 yaşdan sonra süd vəzi xərçəngi riskini azaldır. İsveçin Karolin İnstitutunun alimlərinin yeni araşdırması bu qənaətə gəlməyə əsas verib. Araşdırmada yarısı süd vəzi xərçəngindən əziyyət çəkən 5 mindən artıq qadın iştirak edib.

Onların sağlamlıqlarına nəzarət edən ekspertlər kofedən istifadənin pisxassəli şişin yaranması riskini 20 faiz azaltdığını müşahidə ediblər.