İyulda OPEC+ sazişinin icra səviyyəsi 109% təşkil edib


Digərləri 28 Avq 2018 08:40:00 229 0

İyulda OPEC+ sazişinin icra səviyyəsi 109% təşkil edib

İyunda bu göstərici 121 faizə bərabər olub

OPEC+ sazişinin iştirakçıları iyul ayında onu 109 faiz yerinə yetirərək qarşıya qoyulan 100 faizlik hədəfə yaxınlaşıblar.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "Reuters" yazıb.

Agentliyin məlumatına görə, bu göstərici bazar ertəsi OPEC+ yanında nazirlərin monitorinq komitəsinin telekonfrans rejimində keçirilən iclasında səsləndirilib.