Ərdoğan və Mey ikitərəfli münasibətləri müzakirə ediblər


Dünya 28 Avq 2018 08:02:00 213 0

Ərdoğan və Mey ikitərəfli münasibətləri müzakirə ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın baş naziri Tereza Mey arasında telefon danışığı olub.

Son.az Trend-ə istinadən bildirir ki, tərəflər telefon danışığı zamanı Türkiyə və Böyük Britaniya arasında iqtisadi və ticarət əlaqələri, həmçinin qarşılıqlı investisiyaları müzakirə ediblər. Ərdoğan və Mey ikitərəfli iqtisadi və ticarət əlaqələrinin inkişafının böyük əhəmiyyətini vurğulayıblar.

Tərəflər həmçinin Türkiyənin xəzinədarlıq və maliyyə naziri Berat Albayrak və onun britaniyalı həmkarı arasında yaxın zamanda baş tutacaq görüşlə bağlı razılığa gəliblər.