Lənkəranda yaşlı kişini maşın vurub


Digərləri 28 Avq 2018 07:48:00 222 0

Lənkəranda yaşlı kişini maşın vurub

Lənkəran şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, Lənkəran şəhər, Müzəffər Nəsirli küçəsi, 59 a ünvanında yaşayan 61 yaşlı Nuriyev Siyavuş Cəfər oğlu yolu keçmək istəyən zaman onu "Nissan" markalı avtomaşın vurub.

Sürücü yaralıya yardım göstərilməsi üçün onu öz avtomaşını ilə xəstəxanaya çatdırıb. Qapalı kəllə-beyin travması diaqnozu qoyulan S.Nuriyev reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.