Tovuzda bir ailənin 4 üzvü yol qəzasına düşüb


Digərləri 28 Avq 2018 07:28:00 239 0

Tovuzda bir ailənin 4 üzvü yol qəzasına düşüb

Ər və arvad xəsarət alıb

Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində "UAZ" və "VAZ" markalı iki minik avtomobili toqquşub.

Son.az "Report"a istinadən bildirir ki, nəticədə Şəmkir rayonundan olan 1992-ci il təvəllüdlü Murquzov Zaur Zabil oğlu və onun 1995-ci il təvəllüdlü həyat yoldaşı Murquzova Mariya İlham qızı xəsarət alıb.

Hər iki yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qəza zamanı onların avtomobildə olan iki övladı - 4 yaşlı Tunar və 1 yaşlı Banu xəsarətsiz ötüşüb.

Faktla bağlı araşdırma aparılır.