Alimlər optimal yuxu vaxtını müəyyən etdilər


Digərləri 27 Avq 2018 23:55:00 260 0

Alimlər optimal yuxu vaxtını müəyyən etdilər

Avropa Kardioloqlar Birliyinin mütəxəssisləri sağlamlıq üçün optimal yuxu vaxtını müəyyən ediblər. 

Son.az oxu.az-a istinadən bildirir ki, müvafiq press-reliz birliyin rəsmi portalında yerləşdirilib. 

Araşdırmanın müəllifi, həkim Epayminondas Fontasın sözlərinə görə, bu gün yuxunun ürək-damar sisteminə təsiri ilə bağlı tibbdə az məlumat var. 

Araşdırmalar zamanı alimlər davamlı yuxu ilə ürək-damar xəstəliklərinin inkişafının əlaqəsini öyrəniblər. Əvvəllər ürəyi ilə problem yaşamayan bir milyondan çox insan üzərində 11 müayinə aparılıb. 

Müayinə edilmiş xəstələri üç qrupa bölüblər: birinci qrupa sutkada səkkiz saatdan çox, ikinci qrupa altı saatdan az, üçüncü qrupa isə 6-8 saat arası yatanlar daxil edilib.