Ərdoğan və Ştaynmayer arasında telefon danışığı olub


Dünya 27 Avq 2018 23:29:00 251 0

Ərdoğan və Ştaynmayer arasında telefon danışığı olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya prezidenti Frank-Valter Ştaynmayer arasında telefon danışığı olub.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, liderlər ikitərəfli və beynəlxalq gündəmdə olan bir sıra məsələlərə toxunublar.

Telefon danışığı zamanı tərəflər ikitərəfli münasibətləri inkişaf etdirmək niyyətini vurğulayıblar. Bundan əlavə, Türkiyə prezidentinin sentyabrın sonuna nəzərdə tutulan Almaniyaya səfəri müzakirə edilib.