Yol polisinin gecə reydi Kimisi hönkürhönkür ağladı, kimi isə çəkiliş qrupuna hücum etdi VİDEO


Digərləri 27 Avq 2018 23:32:00 301 0

Yol polisinin gecə reydi  Kimisi hönkürhönkür ağladı, kimi isə çəkiliş qrupuna hücum etdi  VİDEO

Kimisi hönkür-hönkür ağladı. Kimi isə çəkiliş qrupuna hücum etdi.

Son.az bildirir ki, görüntülər gecə Bakıda keçirilən reyddəndi. Polisə tabe olmayan sərxoş sürücü isə yol polisinə çətin anlar yaşatdı... İçkili halda sükan arxasında əyləşən Sürücü saatda 158 km sürətlə hərəkət edir.

Yol boyu isə təhlükəli manevrlər edərək digər sürücülərin də həyatını təhlükəyə atır. Yol polisi əməkdaşları tərəfindən saxlanılan sürücü baş verənləri xatırlamadığını desə də, eyni əməli ikinci dəfə törətməyini boynuna alır.

Başqa bir sürücü isə Heydər Əliyev prospekti boyunca avtoxuliqanlıq hərəkətləri edərək yol boyu nəqliyyatın hərəkətinə ciddi problem yaradır.

Yol polisi tərəfindən saxlanılan sürücü isə çıxış yolunu çəkiliş qrupuna hücum etməkdə gördü.