24 yaşlı oğlan bıçaqlanıb


Kriminal 27 Avq 2018 22:53:00 241 0

24 yaşlı oğlan bıçaqlanıb

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Son.az "report"-a istinadən bildirir ki, 1994-cü il təvəllüdlü yerli sakin Qurbanov Kamran Fərhad oğlu naməlum şəraitdə bıçaqlanaraq ağır xəsarət alıb.

Xəstəxanaya aparılan K.Qurbanov cərrahiyyə əməliyyatı olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.