Bakıda məktəbli yarmarkaları fəaliyyətə başladı VİDEO


Digərləri 27 Avq 2018 22:31:00 214 0

Bakıda məktəbli yarmarkaları fəaliyyətə başladı  VİDEO

Bakida məktəbli ləvazimatlarının satış yarmarkaları fəaliyyətə başlayıb. Son.az bildirir ki, Bakı Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi satış yarmarkalarının çadırları əsasən metro stansiyalarının qarşısında quraşdırılıb.

Paytaxtın 10-a yaxın rayonunun ərazisində, 28 May, Nərimanov, Memar Əcəmi, İnşaatçılar metrostansiyaların çıxışında belə yarmarkalar fəaliyyət göstərir. Sentyabrın 15-ə qədər fəaliyyət göstərəcək yarmarkalarda aşağı və yuxarı sinif şagirdləri üçün müxtəlif ləvazimatlar satılır. Ləvazimatların qiyməti fərqlidir.

Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, yarmarkaların təşkilində əsas məqsəd sakinlərin məktəb ləvazimatlarını mağazalarla müqayisədə daha münasib qiymətə əldə etmələrini təmin etməkdir. Bunu yoxlamaq məqsədilə bir sıra mağazalarda da qiymətlərlə maraqlandıq. Şahidi olduq ki, yarmarkalarla mağazalar arasında qiymətlər demək olar ki, eynidir. Hətta mağazada satılan dəftərlər yarmarkadakından cüzi də olsa ucuzdur.

Satıcılar yarmarkadakı qiymətin mağazalarla eyni olmasını məhsulların eyni yerdən alınması ilə əlaqələndirirlər.