Abşeronda xeyli sayda oyun aparatı oğurlandı VİDEO


Kriminal 27 Avq 2018 21:52:00 281 0

Abşeronda xeyli sayda oyun aparatı oğurlandı  VİDEO

Oyun salonu qarət edilib. Obyektdən xeyli sayda oyun aparatı oğurlanıb. Son.az bildirir ki, hadisə Xırdalan şəhəri Qalubiyyə küçəsində yerləşən oyun salonunda baş verib. Obyekt sahibi Mahir Əhmədov avqustun 20-də səhər işə gələndə qapının açıq olduğunu, içəridə isə oyun aparatlarının və televizorların yoxa çıxdığını görüb. O, dərhal polisi məlumat verib.

Abşeron Rayon Polis İdarəsindən bildirdilər ki, oyun salonundan oğurluq edilməsi ilə bağlı idarəyə məlumat daxil olub. Lakin hadisədən 7 gün keçməsinə baxmayaraq, hələlik cinayəti törədən şəxs və ya şəxslər müəyyən edilməyib. Faktla bağlı araşdırmalar davam edir.

Daha bir oyun salonu paytaxtın Nəsimi rayonu, metronun ''Memar-Əcəmi'' stansiyasının yaxınlığında olub. İqbal Bəşirova məxsus obyektə daxil olan şəxs ödəniş edib oyun oynayıb. Daha sonra o, obyekt sahibinin başının qarışıq olduğunu görüb, digər masadakı oyun aparatını götürüb çıxıb. Həmin an salonun təhlükəsizlik kamerasına da düşüb. Təxminən 25-30 yaşlı bu şəxs İqbal Bəşirova 400 manat məbləğində ziyan vurub. İndi polis görüntülər əsasında həmin şəxsi axtarır.

Paytaxtın Səbail rayonu, İstiqalaliyyət küçəsində isə xırdavat mağazasından oğurluq edilib. Mağazaya daxil olan naməlum şəxs orda heç kimin olmamasından istifadə edərək, satıcı Namiq Qasımovun telefonunu kassanın yanından götürərək çıxıb. Bu oğurluq anı da kameralara aydın şəkildə düşüb.