Zurab Pataradze Gürcüstanın Azərbaycanda səfiri təyin olunub


Siyasət 27 Avq 2018 21:43:00 236 0

Zurab Pataradze Gürcüstanın Azərbaycanda səfiri təyin olunub

Gürcüstan prezidentinin fərmanına əsasən, Zurab Pataradze Gürcüstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyib olunub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Gürcüstan KİV-ləri xəbər yayıb.

Prezidentin fərmanında deyilir: "Gürcüstanın "Diplomatik xidmət Haqqında" qanununun 5-ci bəndinin 6-cı maddəsinə əsasən, Zurab Pataradze 2018-ci il 29 avqust tarixindən Gürcüstanın Azəbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsinə təyin edilsin".