Naxçıvanda döyüş helikopterləri havaya qalxdı


Digərləri 27 Avq 2018 21:28:00 269 0

Naxçıvanda döyüş helikopterləri havaya qalxdı

Naxçıvan Muxtar Respublikasında yerləşən birləşmə, hissə və bölmələrdə döyüş hazırlığı planına uyğun olaraq, praktiki məşğələlər və növbəti komanda-qərargah təlimi keçirilir.

Son.az bildirir ki, Əlahiddə Ümumqoşun Ordudan axar.az-a verilən məlumata görə, üç pilləli və iki mərhələli olmaqla keçirilən növbəti komanda-qərargah təlimində praktiki fəaliyyətlərə cəlb edilmiş bölmələr "Həyəcan" siqnalı ilə qaldırılaraq cəmləşmə rayonlarına çıxarılıb.

Komanda-qərargah təliminin birinci mərhələsində ərazidə müdafiə və hücum əməliyyatlarının qərargahlar tərəfindən planlaşdırılması, ikinci mərhələsində isə qəbul edilmiş qərarların Simulyasiya mərkəzində kompüterlər üzərində icrası həyata keçiriləcək.


Xəbərə aid fotolar