Azərbaycanda əmək qabiliyyətli yaşda ölənlərin çoxu kişilərdir


Digərləri 27 Avq 2018 21:14:00 206 0

Azərbaycanda əmək qabiliyyətli yaşda ölənlərin çoxu kişilərdir

Azərbaycanda əmək qabiliyyətli yaşda ölənlərin böyük əksəriyyəti kişilərdir.

Son.az bildirir ki, Trend-in apardığı təhlillərə əsasən, əmək qabiliyyətli yaşda ölənlər arasında kişilərin sayının çoxluq təşkil etməsi 1990-cı ildən sonrakı bütün illər ərzində müşahidə edilir.

1990-cı ildə əmək qabiliyyətli yaşda olan 11030 nəfər dünyasını dəyişib ki, onun 8280-i kişi, 2750-i qadın olub.

2017-ci ildə Azərbaycanda 17866 nəfər əmək qabiliyyətli yaşda olarkən dünyasını dəyişib ki, onların da 12767-i kişi, 5099-u qadın olub.

Ötən 27 il ərzində əhalinin hər 1000 nəfərinə düşən əmək qabiliyyətli yaşda olan qadın ölümlərinin sayı nisbətən artıb, kişi ölümlərinin sayı isə azalıb.