“Özümü də, onu da bədbəxt etdim, uşaqlarımın həyatı məhv oldu”


Kriminal 27 Avq 2018 20:40:00 249 0

“Özümü də, onu da bədbəxt etdim, uşaqlarımın həyatı məhv oldu”

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş arvadını öldürməkdə ittiham olunan Rahib Babayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, prosesdə hökm oxunub. Hökmə əsasən, Rahid Babayev 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qətl hadisəsi bu il yanvarın 23-də gecə saat 3 radələrində H.Bayramov küçəsi, ev 67-də baş verib. Həmin ünvanda kirayədə yaşayan 27 yaşlı Ülviyyə Orucəliyeva keçmiş həyat yoldaşı, 33 yaşlı Rahid Babayev tərəfindən öldürülüb. Hadisədən sonra R.Babayev könüllü olaraq Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gələrək təslim olub. Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqa verdiyi ilkin ifadəsində Rahid Babayev Ülviyyə ilə birgə nikahdan iki azyaşlı övladları olduğunu və iki il əvvəl rəsmi şəkildə boşandıqlarını göstərib: "Kirayədə yaşadığım evin qabağından keçəndə Ülviyyə qabağımı kəsərək qışqırdı ki, səni qoymayacağam evlənəsən, qayıt yanıma. Birtəhər sakitləşdirdim, yaşadığı mənzilə apardım. Ancaq yenə sakitləşmədi, məni təhqir etməyə başladı. Dözmədim, boğub öldürdüm".