Azərbaycan 3 ölkə ilə birgə Köçəri Mədəniyyəti Mərkəzi yaradır


Digərləri 27 Avq 2018 19:20:00 307 0

Azərbaycan 3 ölkə ilə birgə Köçəri Mədəniyyəti Mərkəzi yaradır

Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan Köçəri Mədəniyyəti Mərkəzi yaradırlar.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Qazaxıstan hökumətinin müvafiq qərarında deyilir.

Köçəri Mədəniyyəti Mərkəzi Bişkekdə yerləşəcək. Mərkəzin missiyası idman tədbirlərinin təşkili, hər bir xalqın və dövlətin köçəri mədəniyyəti ənənələri ilə bağlı irsinin populyarlaşdırılması, idman vasitəsilə inteqrasiyasının dərinləşdirilməsi yolu ilə türkdilli xalqlar və digər ölkələr arasında qarşılıqlı etimad və əməkdaşlığın yaradılmasıdır.