Bakıda 15 yaşlı məktəbli faciəvi şəkildə öldü


Digərləri 27 Avq 2018 19:04:00 263 0

Bakıda 15 yaşlı məktəbli faciəvi şəkildə öldü

Bakının Xəzər rayonunda çimərliklərin birində yeniyetmə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Son.az oxu.az-a istinadən bildirir ki, hadisə Buzovna qəsəbəsi ərazisində baş verib.

15 yaşlı Rəsulov Tamerlan topla oynayarkən top elektrik dirəyində ilişib. Yeniyətmə topu götürmək istəyən zaman onu elektrik cərəyanı vurub.

T. Rəsulov xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

T. Rəsulovun yaxınları onun çox istedadlı musiqiçi olduğunu bildiriblər.

Son.az 


Xəbərə aid foto