Angela Merkel: ”Özilin dediklərinə laqeyd qala bilmərik”


Dünya 27 Avq 2018 18:48:00 238 0

Angela Merkel: ”Özilin dediklərinə laqeyd qala bilmərik”

Almaniya kansleri Angela Merkel "Arsenal"ın yarımmüdafiəçisi Məsud Özilin Almaniya Futbol İttifaqını rasizmdə günahlandırmasına reaksiya verib.

Son.az goal.az-a istinadən xəbər verir ki, kansler bu məsələni belə şərh edib: "Baş verənlər barədə dəqiq məlumatım var. Özilin Türkiyə prezidenti ilə olan şəkli barədə hər kəs öz fikrini ifadə edə bilər. Bizi narahat edən məsələnin başqa tərəfidir. Əgər immiqrantlardan hansısa Almaniya cəmiyyətində pis münasibət gördüyünü deyirsə, biz buna biganə qala bilmərik. Vəziyyəti araşdırmalı və müzakirə etməlıyik".