Rusiyada itkin düşən azərbaycanlı ər və arvadın meyitləri tapıldı


Kriminal 27 Avq 2018 18:20:00 277 0

Rusiyada itkin düşən azərbaycanlı ər və arvadın meyitləri tapıldı

Rusiyanın Novosibirsk vilayətinin Zayeltsovskiy rayonunda yaşayan azərbaycanlı ər və arvadın meyitləri tapılıb. 

Son.az Report-a istinadən xəbər verir ki, əslən Azərbaycanın Qazax rayonundan olan, 1980-cı il təvəllüdlü Rəhimov Rəhim Həsənağa oğlu və onun həyat yoldaşı, 1985-ci il təvəllüdlü Kseniya Rəhimova rayon kənarında yaşadıqları evdən bir neçə gün əvvəl itkin düşüblər.

Yaxınlarının axtarışı nəticəsində ötən gün onların meyiti rayon ərazisindəki meşədə, yaşadıqları evə yaxın yerdə tapılıb.