Avropanın istirahət üçün ən bahalı və ən ucuz şəhərləri


Dünya 27 Avq 2018 18:16:00 269 0

Avropanın istirahət üçün ən bahalı və ən ucuz şəhərləri

Ekspertlər istirahət üçün Avropanın ən bahalı və ən ucuz şəhərlərinin siyahısını açıqlayıblar.

Son.az Trend-ə istinadən xəbər verir ki, ekspertlər iki gecəlik üç ulduzlu oteldə qalmaq, transfer, üç müxtəlif növdə nahar, muzeylərə və sənət qalereyalarına giriş biletinin xərclərini hesablayıblar. Bundan əlavə pivə, şərab, kofe və sərin içkilərin qiymətləri də hesablanıb.

İstirahət üçün bahalığına görə siyahıda birinci yeri Venesiya tutub. Burada həftə sonu istirahət təqribən 500 avroya başa gəlir. İkinci, üçüncü ən baha şəhərlər isə Paris və Barselona olub.