Azərbaycan səfirliklərinə yeni səlahiyyət verilib


Digərləri 27 Avq 2018 18:07:48 209 0

Azərbaycan səfirliklərinə yeni səlahiyyət verilib

Azərbaycan səfirliklərinə yeni səlahiyyət verilib.

Bakı. Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 408 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb. Trend-in məlumatına görə, dəyişikliyə əsasən “Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 10.7-2-ci bənd əlavə edilir: “10.7-2. xarici ölkədə yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına, xarici ölkədə fəaliyyət göstərən hüquqi şəxslərə elektron imza sertifikatının verilməsini təmin edir;”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin